Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbatinin “TRT” kanalına verdiyi müsahibəsi ölkədə gündəmə çevrilib.
Yeniavaz.com xəbər verir ki, müsahibə zamanı jurnalist Türkiyədə tətbiq olunan yeni iqtisadi modellə bağlı nazirdən son rəqəmləri açıqlamasını istəyib. Nurəddin Nebati isə aparıcının verdiyi suala “İndi rəqəm demiyəcəyəm. Gözlərimə baxa bilərsiniz. Mənim gözlərimdə nə görürsüz?” – deyə cavab verib.
Bundan sonra jurnalist bir daha rəqəmləri soruşaraq “İqtisadiyatın rəqəm işi olduğunu”, - qeyd edib. Jurnalistin bu fikirlərinə isə nazir maraqlı cavab verib:
“İqtisadiyyat arzu işidir, iqtisadiyyat güvən işidir, iqtisadiyyat sabitlik işidir, gözləmə işidir, iqtisadiyyat gözlərdəki işıltıdır. Mənim gözlərimdəki işıltını dostlarım görür”.
Müsahibənin həmin hissəsini təqdim edirik: