Ermənistan vətəndaşının vəkilinin vəsatəti təmin edildi


Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah edilib.
Daha sonra İ.Sarqsyanın vəkili vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxslə görüşə bilmədiyini deyib. Məhkəmədən xahiş edib ki, müvəkkili ilə görüşməyə şərait yaradılsın.
Vəsatət təmin edilib. 
Proses 2022-ci ilin yanvarın 10-dək təxirə salınıb.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top