Həştərxanda koronavirus xəstələrinin olduğu xəstəxana yanıb - Ölənlər var


Rusiyanın Həştərxan vilayətində koronavirus xəstələrinin müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində yanğın baş verib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, yanğın nəticəsində 2 nəfər ölüb, 32 nəfər isə xəstəxanadan təxliyə edilib. 
Yanğının baş vermə səbəbi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top