Daha 50 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi - FOTOLAR


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu gün daha 50 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib.

Yeniavaz.com xəbər verir ki, 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb.
Şəhid ailələri və müharibə əlillərinin dövlət başçısının xüsusi qayğısı ilə əhatə olunduğunu vurğulayan nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı bu il 5 dəfə genişlənib. 
Yeni mənzillə təmin edilən vətəndaşlar, o cümlədən Azərbaycanın Mili Qəhrəmanı Yusif Əliyevin atası Əliyusif Əliyev, şəhid Nicat Nəbiyevin anası Əfsanə Əbülfətova, Vətən müharibəsi əlili Taleh Aşurov dövlət başçısının şəhid ailələrinə, müharibə əlillərinə, digər həssas qruplara diqqət və qayğısından, bu kateqoriyalardan olan vətəndaşların sosial dəstəklə əhatə edilmələri, rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar.
Onlar göstərilən diqqət və qayğıya, bu gün müasir tələblərə uyğun yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top