Qazaxıstan və Tacikistan Prezidentləri İlham Əliyevə zəng etdilər

Dekabrın 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona möhkəm cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Dekabrın 24-də Tacikistan Prezidenti Emoməli Rəhmon da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Emoməli Rəhmon Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Tacikistan Prezidentinə təşəkkür edib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Tacikistan ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top