“Məhəmməd peyğəmbəri təhqir etmək yaradıcılıq azadlığı deyil”


““Ölməz alay”ın saytında Məhəmməd peyğəmbəri təhqir etmək, nasistlərin fotolarını yerləşdirmək yaradıcılıq azadlığı deyil”.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bunu ötən gün ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.
“Bu, dini etiqad azadlığının pozulması və İslamı qəbul edən insanların müqəddəs hislərinə hörmətsizlikdir” -, deyə Putin bildirib.
Putin qeyd edib ki, bu cür davranış digər daha da kəskin ekstremist təzahürlərə səbəb olur. Misal kimi karikaturaların dərcindən sonra Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücumu göstərib.
Qeyd edək ki, Fransanın “Charlie Hebdo” qəzetində 2012-ci ilin sentyabrında Məhəmməd peyğəmbərin satirik karikaturaları dərc edilib. 7 yanvar 2015-ci ildə iki əli sılahlı şəxs “Charlie Hebdo”nun Parisdəki qərargahına zorla girib atəş açaraq on iki nəfəri öldürüb. Hücum zamanı silahlılar “Allahu əkbər” (“Allah böyükdür”) və həmçinin “Peyğəmbərin qisası alınır” şüarlarını səsləndiriblər.

DİGƏR XƏBƏRLƏR

Top