Maşınını saxladığı yeri xatırlamadı, polisə qaçırıldığını dedi


Gəncədə avtomobilinin yerini xatırlamayan sərxoş sürücü polisə maşının qaçırıldığı barədə məlumat verib.

Yeniavaz.com xəbər verir ki, şəhər sakini Ş.Məmmədov dekabrın 23-də “102”yə zəng edərək ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə avtomobil şəhər ərazisində aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, vətəndaş özü bir gün əvvəl sərxoş olduğu üçün avtomobili yeyib- içdiyi kafenin qarşısında saxlayıb. Səhər oyanan zaman isə yeri xatırlamadığından avtomobilin qaçırıldığını zənn edib.

DİGƏR XƏBƏRLƏR

Top