"Taxt oyunları"ndakı bu səhnə Azərbaycandakı hadisələr əsasında çəkilib - VİDEO


Dünyanın ən reytinqli seriallarından biri olan "Game of Thrones”un yeddinci mövsümünün epizodlarından birində səhnələşdirilən hissədə ekran əsərinin geyim dizayneri Azərbaycanda 1920-ci ildə baş verən hadisələrdən ilhamlanıb. 
Yeniavaz.com
“İndependent”ə istinadla xəbər verir ki, həmin epizod Deyeneris Targaryanın dotrakilərin dəstəyi ilə Lannistrlərin qoşunlarını məhv etdiyi yeddinci mövsümün beşinci seriyasındadır. Belə ki, bu səhnədə Lannisterlərə qalib gələn  Dotrakilər döyüş meydanında dolaşaraq meyitlərin üzərindən əşyalar götürür. Sözügedən serial üçün geyimlər hazırlayan britaniyalı dizayner Mişel Kleptoninin sözlərinə görə, bu hadisə 1920-ci ildə Azərbaycanda da baş verib: 
 “Onların paltolarını götürüb geyinmələri mənim çox xoşuma gəldi - bu, Azərbaycan tarixində görülən bir şey idi. Müharibənin sonunda bolşeviklərlə demokratlar arasındakı fərqi müəyyən etmək çətin idi, çünki onlar bir-birlərinin paltarlarını oğurlamışdılar. Qalib gələn ən yaxşı paltoları oğurlayıb. Mən bunu sevirəm. 
Düzdür, zireh onlara elə də lazım deyildi, amma palto onları istidə saxlayırdı. Mən sadəcə göstərmək istədim ki, qaliblər ən yaxşıları özlərinə götürürlər. Onların belə fərqli olmasına baxmayaraq müharibədə hamı eynidir”. 
Qeyd edək ki, “Game of Thrones”-un geyimlər üzrə rəssamı Mişel Klepton “Əli və Nino” filmi üçün də obrazlar yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top