"Məktəbdə nə əyriliklər olur, direktor bizim pullarımızla düzəldir" - VİDEO


Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Valideynlər məktəbin direktoru İradə Məmmədovanın davamlı olaraq pul yığdığını iddia ediblər:
“Davamlı olaraq bizdən 1-5 manat pul yığır. Məktəbdə nə əyriliklər olur bizim pullarımızla düzəldir. İradə müəllimə özü deyir ki, dövlət istəyir. Prezident deyir rüşvəti yığışdırın, sən nə yaxşı rüşvəti ortaya atırsan?”
Valideyn həmçinin pul yığılması ilə bağlı səs yazısını da göstərib. Səs yazısında danışan şəxs valideynlərdən məktəbin borcunun ödənilməsi üçün pul gətirmələrini tələb edib. “Firudun müəllimdən ayıbdır, deyəcək ki, 17-18 manat borcu verə bilmirlər” -, deyə səs yazısında danışan şəxs deyib.
Valideyn Əlimərdanova Tünzalə isə övladının təhsil aldığı sinfi dəyişdirmək üçün 200 manat pul verdiyini deyir. O, həmçinin qeyd edir ki, digər valideynlər də övladlarının sinfini dəyişmək üçün 200-250 manat pul veriblər.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayevin  məktəblərdə pul yığımı ilə əlaqədar açıqlamalarından sonra sosial şəbəkələrdə bu kimi və ya digər neqativ hallarla bağlı paylaşımlar artıb.

DİGƏR XƏBƏRLƏR

Top