Dünyada telefonla yazılan ilk mesajı 107 min avroya satıldı


Dünya tarixində ilk dəfə 1992-ci ildə “Vodafone” şirkətinin direktoru Riçard Karvisə Orbitel telefonu ilə göndərilən və "Merry Christmas" (Milad bayramınız mübarək) yazılmış mesaj Fransada muzeydə hərraca çıxarılıb.
Yeniavaz.com
“Haber Türk”ə istinadla xəbər verir ki, sözügedən mesajı adının açıqlanmasını istəməyən kanadalı iş adamı 107 min avroya (təxminən 206 min azn) alıb.
Qeyd edək ki, əldə olunan gəlir “Vodafone” şirkəti tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına yardım məqsədilə göndəriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top