“Qərb SSRİ-nin dağılmasından sonra da Rusiyanı çox böyük hesab edir”


“Qərbin Rusiyaya davamlı təzyiqləri yalnız onunla izah oluna bilər ki, Qərb dövlətləri SSRİ-nin dağılmasından sonra da Rusiya Federasiyasını çox böyük hesab edirlər”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib. O, 1991-ci ildə SSRİ-nin dağılandan sonra ölkənin ayrı-ayrı hissələrə bölündüyünü də qeyd edib:
“Ancaq belə təəssürat yaranır ki, bu bizim tərəfdaşlarımız üçün kifayət deyil. Onların fikrincə, Rusiya bu gün çox böyükdür. Çünki Avropa ölkələri özləri kiçik dövlətlərə çevriliblər. Böyük imperiyalara deyil, kiçik dövlətlərə, 60-80 milyon insana. Lakin SSRİ-nin dağılmasından sonra da bizdə cəmi 146 milyon insan qalıb və bu, həddən artıq çoxdur. Mənə elə gəlir ki, belə daimi təzyiqi yalnız bu izah edə bilər”.

 

DİGƏR XƏBƏRLƏR

Top