Gənclər və idman naziri erməniyə qalib gələn idmançı ilə görüşdü


Gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilmiş, MMA döyüşü üzrə "Yusif Fighting Championship" turnirində uğurla çıxış etmiş Gözəl Zutovanı və məşqçisi Yusif Əliyevi qəbul edib.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyevin Yeniavaz.com-a verdiyi məlumata görə, idmançını növbəti qələbəsi münasibətilə təbrik edən nazir ona qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Qeyd edək ki, Zutova turnirdə Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top