Qazaxıstanda ölüm hökmü ləğv edildi


Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) ölüm hökmünün ləğvi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər haqqında qanunu qəbul edib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, müvafiq iclas parlamentin saytında yayımlanıb.
Dəyişikliklərdə ölüm cəzasının Respublika Cinayət Məcəlləsinin bütün maddələrindən çıxarılması təklif edilir.
Qanunvericiliyə edilən düzəlişlər BMT-nin “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktına ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokol”una uyğun olaraq hazırlanıb.
Qeyd edək ki, bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top