Vaksin olunanların bu günə olan statistikası

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 494 vaksin vurulub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 952, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 468, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 074 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 152 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 150 711, ikinci mərhələ üzrə 4 653 005 nəfər təşkil edir.

Ümumilikdə isə 1 349 236 “buster” doza vurulub.

DİGƏR XƏBƏRLƏR

Top