Hulusi Akar şəhid Valeh Məmiyevin ailəsi ilə görüşdü - FOTO - YENİLƏNİB


Türkiyənin milli müdafiə naziri Hulusi Akar ona “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verən Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailəsini qəbul edib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Valeh Məmiyevin anası İlhamə Məmiyeva, atası İsbat Məmiyev, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev ile Millî Müdafiə Nazirliyində görüşüb.

Vətən Müharibəsi şəhidlərinin Türkiyədə təhsillərini davam etdirən övladları, Anar İbrahimli, Şəbnəm Qubadova, Vətən Müharibəsi qazisi Ayxan Mövsümov və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun iştirak etdiyi görüşdə çıxış edən nazir Akar bu görüşdən məmnunluğunu ifadə edib.

***15:24

Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvətilə Türkiyəyə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin rəsmi tvitter hesabında məlumat verilib.
Şəhidin ailəsi paytaxt Ankarada Atatürkün məzarının olduğu “Anıtkabir” məqbərəsini ziyarət edib. Onlar həmçinin Qurtuluş Savaşı və Atatürk muzeyində də olublar.
Şəhidin qardaşı Vüsal Məmiyev Valehin son nəfəsində onunla danışdığını deyir:
“Qardaşım döyüşdə yaralanandan sonra danışdığımızda son nəfəsində “Sözümü tutdum və bunu nazir Hulusi Akara çatdıra bilərsiniz” dedi. Bu, çətin bir ağrıdır, lakin biz qürur duyuruq”.

Qeyd edək ki, Valeh Məmiyev Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə cəsur komandir kimi iştirak etmişdir. 2020-ci il oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Oktyabrın ayının 23-də isə aldığı yaradan şəhid olub.

DİGƏR XƏBƏRLƏR

Top