Kəmaləddin Heydərov generala yeni vəzifə verdi


Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dünən general-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalova yeni vəzifə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "qaynarinfo" məlumat yayıb. Bildirilib ki, nazirin müvafiq əmri ilə Raul Zeynalov Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə general-mayor FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub. 
Qeyd edək ki, Raul Zeynalov 27.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub.
Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir, iki övladı var.

DİGƏR XƏBƏRLƏR

Top