"Uşaq Avroviziyası"nın erməni qalibi Sonadan danışdı


“Uşaq Avroviziyası-2021” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Ermənistan təmsilçisi Malena yarışma sonrası təmsilçimiz Sona Əzizova ilə münasibətlərindən danışıb.
Yeniavaz.com
“Armenpress”ə istinadən xəbər verir ki, o, bu barədə ölkəsinə qayıtdıqdan sonra münasibət bildirib.
Malena Sona ilə daha əvvəl danışmadıqlarını, ünsiyyət qurmadıqlarını bildirib.
14 yaşlı gənc müğənni bildirib ki, Sonaya mənfi münasibət bəsləmir, çünki o da onun kimi bir qızdır.
Qeyd edək ki, dekabrın 19-da Parisdə keçirilən “Uşaq Avroviziyası-2021”in qalibi Ermənistan təmsilçisi Malena olub. Azərbaycan təmsilçisi Sona Əzizova 5-ci yeri tutub.
Qeyd edək ki, “Uşaq Avroviziyası-2021” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Ermənistan təmsilçisi Malena yarışma sonrası təmsilçimiz Sona Əzizovanı qucaqlamış, Sona isə onu təbrik etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top