“Rusiyada vəziyyət Türkiyədəki kimi ola bilər” – Putin


“Mərkəzi Bank əsas faiz dərəcəsini artırmasa, Rusiyada vəziyyət Türkiyədəki kimi ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
“Uçot dərəcəsinin artırılmasından real sektorun narazılığını bilirəm, amma bu edilməsə, bizdə də vəziyyət Türkiyədəki kimi ola bilər. Amma Mərkəzi Bank müstəqil siyasət aparır. Bu sizə qəribə gələ bilər, mən Mərkəzi Bankın işinə qarışmıram, amma onu müsbət qiymətləndirirəm” –, deyə prezident bildirib.
Xatırladaq ki, bir neçə gün öncə 1 ABŞ dolları 18 Türkiyə lirəsi səviyyəsinə qədər qalxmışdı.

DİGƏR XƏBƏRLƏR

Top