"Bosniya və Herseqovina təcrübəsini bizimlə bölüşə bilər"


"Yaxın keçmişdə bənzər hadisələr yaşamış Bosniya və Herseqovina müharibənin fəsadlarını aradan qaldırmaqda təcrübəsini bizimlə bölüşə bilər".
Yeniavaz.com
 xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə keçirdiyi mətbuat konfransında deyib.
O vurğulayıb ki, Azərbaycana rəsmi səfər edən Bosniya və Herseqovina xarici işlər naziri Bisera Turkoviçlə görüşü zamanı postmünaqişə dövründə iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən azad edilən torpaqların minalardan təmizlənməsi müzakirə olunub:
"Azərbaycanın ərazi bütövlüyünü, mövqeyini dəstəklədiyinə görə Bosniya və Herseqovina dövlətinə minnətdarıq".

DİGƏR XƏBƏRLƏR

Top