Avropa Birliyi Naxçıvana gedən dəmiryolunu maliyyələşdirə bilər


Avropa Birliyi Naxçıvana dəmiryol xəttinin çəkilişini maliyyələşdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Azərbaycan bürosuna Avropa Komissiyasının sözçüsü Peter Stano bildirib.
Peter Stano qeyd edib ki, qurumun İqtisadi və İnvestisiya Planı (İİP) həm də nəqliyyat əlaqələrinin genişləndirilməsini hədəfləyir.
Bu investisiyalar “Şərq Tərəfdaşlığı Proqramı” üzvləri üçün nəzərdə tutulub. Azərbaycan da bu proqramda iştirak edir.
Ümumilikdə, İİP 2025-ci ilə qədər 3 min km dəmiryolu və avtomobil yolunun qurulmasına və bərpasına investisiya yatırmağı nəzərdə tutur. 
Qeyd edək ki, Naxçıvana dəmiryolu Ermənistan ərazisindən keçməklə çəkiləcək. Ermənistan yolun onun ərazisindən keçən hissəsinin çəkilişi üçün 200 milyon dollar vəsait lazım olacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top