DİN Zəngilanda toy keçirilməsi barədə məlumatlara münasibət bildirib


İşğaldan azad edilmiş Zəngilan rayonuna toy mərasimi keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib. O bildirib ki, bəzi sosial şəbəkə hesablarında Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçiriləcəyinə dair yayılan məlumatlar həqiqətəuyğun deyil: “Hazırda həmin kənd ərazisində yenidənqurma və bərpa işləri davam etdirilir. Qeyd olunub ki, quruculuq işləri yekunlaşdıqdan sonra qısa zaman ərzində soydaşlarımızın öz doğma torpaqlarımızda məskunlaşdırılması planlaşdırılır”.

 

DİGƏR XƏBƏRLƏR

Top