Şimal bölgəsinin bütün rayonlarına qar yağıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb.
Burda qarın hündürlüyü 15 sm, temperatur isə mənfi 10 dərəcəyə kimi enib.
Qrız kəndində 14 sm qar, havanın temperaturu mənfi 14,6 dərəcə qeydə alınıb. Qubanın rayon mərkəzi və Xaltan kəndində də 10 sm hündürlüyündə qar müşahidə olunub. Şabranda qarın hündürlüyü 3sm, Xızının Altıağac qəsəbəsində 6 sm, Qusarın Yasab kəndində isə 10 sm-ə çatıb.