Fransa prezidentliyinə namizəd gizlicə Qarabağa gedib - FOTOLAR


Fransa prezidentliyinə namizəd Valeri Pekress dünən Qarabağa səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “France Télévisions”un jurnalisti Jülyen Neni öz tvitter hesabında yazıb.
Jurnalist bildirib ki, Pekressin Qarabağa səfəri heç yerdə işıqlandırılmayıb:
“Valeri Pekres Dağlıq Qarabağa səfər edib. Orada yerli siyasətçilərlə görüşüb. Təhlükəsizliyə görə səfər Ermənistanda olan Fransa mediasının əksəriyyəti, o cümlədən “France TV” tərəfindən işıqlandırılmayıb”.
Qeyd edək ki, Fransanın İl-de-Frans Regional Şurasının sədri, 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Valeri Pekress Ermənistanda işgüzar səfərdədir.

DİGƏR XƏBƏRLƏR

Top