DGK-dan qəza törədən sərxoş sürücü ilə bağlı açıqlama - YENİLƏNİB


Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşı olduğu deyilən şəxsin sərxoş halda qəza törətməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib.
“Bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin əməkdaşı Vəliyev Samir Bəhram oğlunun sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə qəza törətdiyi barədə məlumat yayılıb.
Diqqətinizə çatdırıram ki, Vəliyev Samir Bəhram oğlu adlı şəxs gömrük orqanlarında xidmət etmir və yayılan məlumatlar həqiqətə uyğun deyil”, - deyə Natiq Axundov qeyd edib.

***09:16
Novxanı-Binəqədi şosesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, qəza Novxanı qəsəbəsində baş verib.
1986-cı il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi “KİA Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “KİA Rio” markalı maşına çırpılıb.
Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana, daha sonra işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində “KİA Rio” markalı maşının sərnişini, 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.
Qeyd edək ki, S.Vəliyev Beynəlxalq Hava Limanında xidmətə çıxan Dövlət Gömrük Komitəsinin leytenant xüsusi rütbəsində olan zabitidir.



DİGƏR XƏBƏRLƏR

Top