İranla nüvə danışıqları nəticəsiz qalarsa ABŞ-ın nə edəcəyi açıqlandı


ABŞ administrasiyası Vyanada İranın nüvə proqramı üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə İsrail və digər dövlətlərin hakimiyyət orqanları ilə mümkün gələcək addımları müzakirə edəcək.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Yen Psaki deyib.
O, ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivanın İsrailə davam edən səfərini şərh edərkən bunları qeyd edib:
 “Biz gözləyirik ki, İranın nüvə proqramının ortaya çıxardığı təhlükə, onun regionda sabitliyi pozan və terrorçuları dəstəkləməyə yönəlmiş hərəkətləri ilə bağlı məsləhətləşmələr davam edəcək. Biz, şübhəsiz ki, İranın nüvə proqramı üzərində işləməyə davam etməsi ilə bağlı israilli tərəfdaşlarımızın dərin narahatlığını bölüşürük”.
 

DİGƏR XƏBƏRLƏR

Top