Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu vəfat etdi - RƏSMİ


Azərbaycan Ordusunun hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səfərov Daşqın Natiq oğlu hərbi xidmətdən kənarda olarkən kəskin ürək və ağciyər çatışmazlığından Şəmkir rayonu ərazisində yerləşən mülki xəstəxanada vəfat edib.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

DİGƏR XƏBƏRLƏR

Top