Misir Mərdanov Heydər Əliyevin ona tutduğu iradlardan danışdı


“İlk irad Ulu Öndər tərəfindən dərsliklər, məktəblərin maddi-texniki bazası, müəllimlərin qiymətləndirilməsi və.s məsələlərlə bağlı olub. O iradların hamısı düzgün olub. Mən də hazırlaşıb o iradlara cavab verməyə çalışmışam. Onun nəticəsində mənim işlədiyim dövrdə 16 inkişafyönümlü dövlət proqramı hazırlandı. Biz də bu işə cavabdeh olan adamlar yığışaraq bütün məsələləri müzakirə edirdik”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri sabiq təhsil naziri, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanov “Qafqazinfo”ya verdiyi müsahibədə deyib. O, həmçinin bildirib ki, Heydər Əliyevin ən unutmadığı tənqidi dərsliklərlə bağlı dedikləridir:
“2000- ci ilin sentyabrın 1-i idi. Ulu Öndər 82 nömrəli məktəbə gəlmişdi. O zaman məktəblərin vəziyyəti indikindən çox aşağı idi. Biz o zaman çalışırdıq ki, Prezident yaxşı məktəbə getsin. Orada dərsliklərlə bağlı mənə və təhsili idarə edənlərə çox ciddi iradlar bildirdi. Biz o zaman Təhsil Nazirliyində yığışıb dərsliklər və onların hazırlayan müəlliflərlə bağlı ciddi qərarlar qəbul etdik. 2-3 gün ərzində iradları düzəldə bildik. Növbəti illərdə həmin dərslikləri Ulu Öndərə təqdim edəndə razı qaldı”.

 

DİGƏR XƏBƏRLƏR

Top