MDB dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək


Dekabrın 29-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammitinin keçirilməsi planlanır.
Yeniavaz.com
RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Rusiyadakı səfiri Ermek Koşerbayev məlumat verib.
İlkin məlumata görə, qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək.
Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə 9 ölkə - Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.
 

DİGƏR XƏBƏRLƏR

Top