Xırdabuynuzlu heyvanlar sığortalanır


Xırdabuynuzlu heyvanlar aqrar sığortanın predmeti sırasına daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu, Nazirlər Kabineti bununla bağlı “Aqrar sığorta predmetinin Tərkibi”ndə müvafiq dəyişiklik edib.
Beləliklə, 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar sığortalanacaq.
Eyni zamanda sığortalanan iribuynuzlu mal-qaranın əhatə dairəsi də genişlənib. İndiyə qədər 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar aqrar sığorta predmeti olub. Dəyişikliyə əsasən, artıq südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər iribuynuzlu mal-qara sığortalanacaq.

DİGƏR XƏBƏRLƏR

Top