“İlham Əliyev məktəbə 5 yaşından gedib, amma götürmək istəməyiblər” - Misir Mərdanov


Sabiq təhsil naziri, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanov yeni yazdığı "Zəfərə aparan yol" adlı kitabında heç yerdə dərc olunmayan məsələlərə toxunduğunu qeyd edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə  “Qafqazinfo”ya verdiyi müsahibədə danışıb.  O bildirib ki, kitabda Prezidentin məktəb illəri, onun ailə məktəbi, ali məktəbdə oxuması, Heydər Əliyev məktəbi və Prezident İlham Əliyev məktəbi adlı fəsillər var:
“Məsələn, bəlkə də çox adam bilmir ki, İlham Əliyev orta məktəbə 5 yaşından gedib. Onu məktəbə götürmək istəməyiblər, çünki o zaman 6-7 yaşından məktəbə gedirdilər. Onda deyiblər ki, hazırlığa getsin, sonra davam edər. Müəllimləri xatirələrində yazıblar ki, bu uşaq tez bir zamanda özündən yaşca böyük olan uşaqları keçdi və oxumağa davam etdi. Moskvada universitetdə oxuduğu vaxtlarda tələbə yoldaşları ilə və orta məktəbdə sinif yoldaşları ilə birgə çəkdirdiyi şəkillər kitabda əks olunub. Elə şəkillər var ki, ilk dəfədir bu kitabda yer alır. Sonra ailə məktəbindən bəhs edilir. Bəlkə də çox adam bilmir ki, Prezidentin ulu babaları Comərd kişi (o zaman Alagöz Məmməd) deyirlərmiş, Qarabağ xanının müdafiə naziri vəzifəsinə kimi yüksələn adamlar olub. Onlar hərbi xidmətlərini başa vurduqdan sonra Qarabağ xanı müraciət edir ki, siz harada yaşamaq istəyirsiniz? Comərd kişi deyir ki, filan ərazidə. Comərd kəndinin adı da oradan yaranıb. O zaman qayda belə imiş ki, hərbi xidmətdən pensiyaya gedən adamlara torpaq sahəsi verirlərmiş. Cənab Prezidentin ən yaxın qohumları 1-ci Qarabağ müharibəsinin ilk Milli Qəhrəmanları olub. Onların da ad və soyadları bu kitabda yazılıb”.

DİGƏR XƏBƏRLƏR

Top