“Naxçıvan üzərindən İrana dəmir yolunun açılması müzakirə olunur” - Qriqoryan


"Regional kommunikasiyaların bloklanması üzrə işçi qrupu Yerasx-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir".
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun müzakirələrini şərh edərkən deyib.
Müzakirəyə çıxarılan variantlardan biri də ondan ibarətdir ki, Meğri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvan üzərindən İrana kommunikasiya açılsın:
“Mövcud infrastrukturdan istifadə etməklə həyata keçirilə biləcək hər hansı bir kommunikasiya açmaq imkanı, əlbəttə ki, bizim üçün arzuolunandır. Amma bu, danışıqların mövzusudur və hansı razılığa gələcəyik, hələ bilmirəm”.
Qriqoryan bildirib ki, işçi qrupu həmçinin daha bir dəmir yolunun, İcevan-Qazax (Ermənistanın şimal-şərqindən keçir) açılması imkanlarını müzakirə edib.
O əlavə edib ki, Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası məsələsinə indiyədək heç bir təfərrüat olmadan yalnız konseptual səviyyədə baxılıb.
Qeyd edək ki, dekabrın 22-də Qriqoryan rusiyalı həmkarı Aleksey Overçukla birgə İrəvanda Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasını keçirib.

DİGƏR XƏBƏRLƏR

Top