“Heç kəs deyə bilməz ki, Misir Mərdanov rüşvət alıb”


“Mən və mənim böyüdüyüm ailədə rüşvətə həmişə pis baxılıb. Heç kəs, heç bir zaman deyə bilməz ki, mən Misir Mərdanova filan vaxtı, filan şey vermişəm”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Sabiq təhsil naziri, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanov “Qafqazinfo”ya verdiyi müsahibədə deyib. O, heç bir zaman var-dövlətlə öyünmədiyini də bildirib:
“Mənim əməyimi dövlətin başçıları da qiymətləndirib və o qiymətə layiq olmağa çalışmışam. 76 yaşa çatmışam. Uşaqlarım böyükdür, hərəsinin öz ailəsi var. Yüksək pensiya alıram. İnstitutda direktor işləyirəm. Aldığım məvacib və pensiya həyat yoldaşımla birgə bizə artıqlaması ilə bəs edir. Nə ehtiyac var ki, kiminsə yanında gözükölgəli olum?! Mən instituta gələndən burada keçmişdə olan neqativ halların qarşısını da almışam. Bir adam gəlib deyə bilməz ki, Misir müəllim bura gələndən sonra hansısa mənfi hal baş verib. Mən həmişə var-dövlətlə öyünən adamlara pis baxmışam”.

DİGƏR XƏBƏRLƏR

Top