Amerikalı diplomat Türkiyədə pasportunu satarkən saxlanıldı - VİDEO


İstanbul Hava Limanında öz pasportunu suriyalı şəxsə satmaq istəyən amerikalı diplomat saxlanılıb.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, amerikalı diplomatın Almaniyaya getmək istəyən suriyalıdan saxta pasport qarşılığında 10 min dollar aldığı məlum olub.
Verilən məlumata görə, Suriya vətəndaşı 11 noyabr saat 17:00 radələrində Almaniyaya getmək üçün İstanbul Hava Limanına gəlib.O, öz pasportu ilə nəzarət məntəqəsindən keçib və ABŞ-ın Beyrutdakı konsulluğunda diplomat işləyən şəxslə görüşüb. Sərnişin gözləmə zalında bir müddət söhbət edən iki sərnişin daha sonra yaxınlıqdakı tualetə daxil olublar. Burada ABŞ diplomatı suriyalı sərnişinə 10 min dollar qarşılığında şəxsi pasportunu təhvil verib. Saxta pasportu alan suriyalı bir müddət sərnişin gözləmə zalında gözləyib, amerikalı diplomat isə oradan uzaqlaşıb. 
Həmin anlar hava limanının təhlükəsizlik kameralarına düşüb. Nəticədə polislər suriyalı şəxsin pasportunu yoxlamaq istədikdə o qaçıb. Hava limanında yenidən görüşən hər iki şəxs polis tərəfindən yaxalanmamaq üçün geyimlərini dəyişiblər. Buna baxmayaraq onların yeri təyin edilib və saxlanılıblar. 
Almaniyaya qaçmaq istəyən Suriya vətəndaşı rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunsa da, azadlığa buraxılıb. Amerikalı diplomat həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top