Misir Mərdanov özündən sonra təyin olunan nazirlərdən danışdı


Sabiq təhsil naziri, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanov yerinə təyin olunan nazirlər barədə fikir bildirib.
Yeniavaz.com
xəbər verir ki, sabiq nazir bu barədə “Qafqazinfo”ya verdiyi müsahibədə danışıb. O təhsil naziri təyin olunan hər üç şəxsə bir azərbaycanlı kimi böyük hörməti olduğunu bildirib:
“Mikayıl Cabbarovu çox yaxşı tanıyıram. Mən universitet rektoru olanda o universitetin ən yaxşı tələbələrindən biri olub. Sonra mən təhsil naziri olanda onunla tez-tez görüşmüşəm. Şübhəsiz çox qabiliyyətli, müasir tələblərə cavab verən, müxtəlif dil bilgisi olan, ölkədə və xaricdə baş verənləri dərindən dərk edən çox yüksək səviyyəli bir şəxsdir. Ondan sonra nazir olan Ceyhun Bayramovu və ailəsini də çox yaxşı tanıyıram. Onun anası və atası çox yaxşı müəllimdir. Ziyalı nəsildəndir. Onunla da görüşüb danışmışam. Müəyyən fövqəladə hadisələrdə yenə də telefonla danışırıq.Sonuncu nazir Emin Əmrullayev isə təhsil sahəsindən gələn bir adamdır. Mən nazir təyin olunan kimi ona zəng etdim. Təbrik edib arzularımı və istəklərimi ona bildirdim. Çətin bir sahəyə rəhbər gəlib. Əminəm ki, dövlətimizin başçısının, ölkə ictimaiyyətinin diqqəti və qayğısı nəticəsində Emin Əmrullayev də təhsil sahəsində irəliyə doğru çox ciddi addımlar ata biləcək. Onunla keçən həftə ayaqüstü olan görüşümüzdə dedi ki, mənimlə hökmən görüşəcək. Çalışacaq ki, təhsil sahəsində olan problemlərin həllinə nail olsun”.

DİGƏR XƏBƏRLƏR

Top