Separatçılara həsr olunan filmlər “Oskar” siyahısına daxil edilmədi


Ermənilərin Qarabağdakı separatçı-terrorçu rejimdən bəhs edən iki filmi Amerika Kinoakademiyasının “Oskar” mükafatına namizədlər siyahısına düşə bilməyib.
Yeniavaz.com
xəbər verir ki, 10 nominasiya üzrə qısa siyahıya daxil olan filmlərin siyahısı Amerika Film Akademiyasının saytında dərc olunub.
Filmlərdən biri erməni əsilli rejissor Nora Martirosyanın “Külək sakitləşəndə” adlı ekran işidir. Digəri isə britaniyalı jurnalist Emil Qessenin lentə aldığı “45 gün: Millət uğrunda mübarizə” filmidir.
Hər iki film Qarabağdakı erməni separatçılarına həsr edilib.

DİGƏR XƏBƏRLƏR

Top