Bakıda Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilir


Bakıda energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu işə başlayıb.
Yeniavaz.com
"APA"ya istinadən xəbər verir ki, forum çərçivəsində Azərbaycan və Türkiyə arasında 6 sənədin imzalanması nəzərdə tutulur.
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib. Forumda müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat verilib və işçi qruplarının Forumdan əvvəl keçirilmiş ilk görüşlərinin nəticələri barədə müzakirələr aparılıb. 
Qeyd edək ki, 1-ci Enerji Forumu Azərbaycan və Türkiyə arasında mövcud enerji əməkdaşlığının genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilərək onların konkret layihələr vasitəsilə reallaşdırılmasını hədəfləyir.

DİGƏR XƏBƏRLƏR

Top