"Başına daş düşsün..." - Abid Şərifov işdən çıxarılan direktor qohumundan danışdı


Bir neçə gün bundan əvvəl rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Kuliyevanın baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızı olması haqda xəbər vermişdik.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı manset.az Baş nazirin keçmiş müavini Abid Şərifovla əlaqə saxlayıb. O mövzu ilə bağlı bunları deyib:
“Belə hallar təbii ki, pisdir. Heç kəs rüşvət almamalıdır, təmiz işləməlidir. Mənim bacım qızının başına daş düşsün, səhv edib, işdən çıxarıblar. Kim səhv edirsə, işdə nöqsanlara yol verirsə, onu vəzifəsindən azad etmək lazımdır.”

DİGƏR XƏBƏRLƏR

Top