
Ermənistanın keçmiş mədəniyyət naziri Hasmik Poqosyan axtarışa verilib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumatı yayıb.
Məlumata görə o, qanunsuz bina alverində ittiham olunur.
İstintaqın məlumatına görə, cinayət sxemini Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Erməni Cəmiyyəti ictimai təşkilatının idarə heyətinin üzvü Qor Davtyan, təşkilatın sədri - Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və keçmiş mədəniyyət naziri Hasmik Poqosyan həyata keçirib.
Armen Smbatyan və Qora Davtyanın istintaqı yekunlaşıb, iş ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib. Poqosyanın ibtidai istintaqı davam edir, onun barəsində axtarış elan edilib.
Tətbiqimizi yükləyə bilərsiniz