“Boşanmalara sosial şəbəkələr təsir edir” - Deputat


"Ailələrdə yaranan problemlərə, boşanmalara təsir edən əsas səbəblərdən biri də sosial şəbəkədir".
Yeniavaz.com
xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Azərbaycanda mövcud ailə münasibətləri" ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, qapalı mühitdən çıxan şəxslər açıq platformalarda fikirlərini ifadə etməkdə çətinlik çəkirlər: "Amma bu, sosial şəbəkənin günahı deyil. Biz sosial şəbəkədə mədəniləşmə amilini inkişaf etdirə bilmədik. Sosial şəbəkədə dedi-qodu ilə məşğul olan insanların sayı çoxalıb. Bu sahədə texnologiyanın imkanlarını məhv etmişik".

DİGƏR XƏBƏRLƏR

Top