Türkiyədən gedən jurnalistlər Rusiyada həbs olundular


Rusiyada yaşayan türk xalqlarının mədəniyyətlərini təbliğ etmək üçün Türkiyədən bu ölkəyə yollanan Nazgül Kenzhetay və Emin Karaçak casusluqla ittiham olunaraq saxlanılıblar. 
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, həbs olunan jurnalistlərin sözlərinə görə, saxlanılan zaman onlara vəkillər təyin edilməyib. Bundan sonra, onlara rus dilini bilməyən və Karaçaka türkcəsi yaxşı olmayan bir tərcüməçi təyin edilib və təzyiq altında cinayəti qəbul edən sənədlərə imza atmağa məcbur ediliblər.
Jurnalistlərin 10 günlük həbsdən sonra Türkiyəyə deportasiya ediləcəyi bildirilib. Lakin Kenzhetay və Karaçakın sözlərinə görə, Rusiya hakimiyyəti 10 günlük müddəti uzatmaq üçün prosesi ləngidir.
Bundan əlavə, jurnalistlər saxlanıldıqları yerdə insan haqlarının kobud şəkildə pozulduğunu bildiriblər. Belə ki, onların sözlərinə görə, gecələr temperaturun mənfi 11 dərəcəyə düşə biləcəyi bölgədə kameralardakı ventilyasiyanın açıldığını, isti suyun olmadığını bildiriblər. Onlar həmçinin daimi kameralar tərəfindən izlənildiklərini də qeyd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top