Bakı metrosunun əməkdaşı iş yerində vəfat edib


"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov iş yerində vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, mərhum bu gün səhər saat 7:55-də metronun "Elmlər Akademiyası" stansiyasında olarkən özünü pis hiss edib. Dərhal stansiyaya təcili tibbi yardım xidməti cağırılıb, buna qədər isə ona ilkin tibbi yardım edilib. Həkim gələnə qədər isə E.Süleymanov dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top