Komitədən qaçırılan məktəbli ilə bağlı açıqlama - YENİLƏNİB



“Ağdamda yeniyetmə qızın qaçırılması ilə bağlı məlumat daxil olan kimi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi hadisəni araşdırıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. 
Qeyd edilib ki, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları ailəyə baş çəkəcək:
“Qız artıq ailəyə qaytarılıb. Mərkəzin psixoloqları qızla söhbət edəcək, psixoloji dəstək göstəriləcək”.

***10:42
Ağdamda məktəbli qız qaçırılıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.
Belə ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M məktəbdən qayıdarkən qaçırılıb.
İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.
Qızın valideynləri hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.
Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top