Əfqanıstanda ABŞ-a qarşı aksiya keçirildi


Bu gün Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirdikdən sonra beynəlxalq yardımın kəsilməsi və ehtiyatların dondurulmasına görə Kabildə etiraz aksiyası keçirilib.
Yeniavaz.com
“Haber Türk”ə istinadla xəbər verir ki, Əbdülhək qovşağına toplaşan 600-ə yaxın kişi əllərində pankartlarla şüarlar səsləndirərək işğal dövründə ABŞ səfirliyi kimi istifadə edilən şəhərciyə yürüş edib.
Nümayişçilər adından mətbuata açıqlama verən Əfqanıstan Xalq Hərəkatının sədri Şəfiq Əhməd Rəhimi beynəlxalq yardımın bərpasını tələb edib:
“ABŞ-ın əfqan xalqına heç bir şəkildə yazığı gəlmir. Əfqanıstana iqtisadi təzyiq edir. Pullarımızı müsadirə edir. Beləliklə, Əfqan xalqını diz çökdürmək istəyir. Əfqan xalqı ABŞ-ın bu təzyiqinə heç vaxt baş əyməyəcək”.
 

DİGƏR XƏBƏRLƏR

Top