“Omicron” ştammından ilk ölüm halı bu ölkədə qeydə alındı


İsraildə dekabrın 20-də koronavirusun omikron ştammı diaqnozu qoyulmuş ilk xəstənin ölümü qeydə alınıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət radiosu məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, peyvənd edilmiş xəstəlikləri olan, omikron ştammı diaqnozu qoyulmuş 65 yaşlı xəstə bazar ertəsi İsrailin cənubundakı Beerşeba şəhərindəki xəstəxanada vəfat edib.
Hazırda Baş nazir Naftali Bennett bu ay Təl-Əvivdə Müdafiə Nazirliyində koronavirusla mübarizə üzrə hökumət komissiyasının ilk iclasını keçirir və bu iclasda ölkədə omikron ştammının yayılmasının qarşısının alınması üçün gələcək addımlar müzakirə edilir.

 

DİGƏR XƏBƏRLƏR

Top