Son sutkada ölkədə nə qədər insana koronavirus peyvəndi vurulub?


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 365 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 985, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 622 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 097 316, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 144 676, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 645 903, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 306 737 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top