Bu agentliyin nizamnamə fondu 60 milyon 500 min manat oldu - FƏRMAN


Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. 

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb. 

Fərmana əsasən, “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilir. 

Müəyyən edilir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnamə fondu 60 500 000 manat təşkil edir və aşağıdakı mənbələr hesabına formalaşdırılır:

1. 60 milyon manatı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 mart tarixli 2534 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.3-cü yarımbəndində Agentliyin nizamnamə kapitalının artırılması üçün müəyyən edilmiş vəsait hesabına;

2. 500 min manatı “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı hesabına.

DİGƏR XƏBƏRLƏR

Top