BMT Polşa-Belarus sərhədində ölən miqrantların sayını açıqladı


BMT bir il ərzində Polşa-Belarus sərhədində 21 miqrantın öldüyünü açıqlayıb. 
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Elizabet Trosel məlumat verib.
O həmçinin bir neçə miqrantın da ölümü ilə bağlı iddiaların olduğunu bildirib.
Qeyd edək ki, son həftələrdə bir neçə min miqrant Avropa İttifaqı ölkələrinə getmək ümidi ilə Belarus və Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq, sərhəd təhlükəsizliyini gücləndirib, ordunu cəlb edib və qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb.

DİGƏR XƏBƏRLƏR

Top