Qadağan olunmuş hərbi məlumatları yayan jurnalistlə bağlı RƏSMİ AÇIQLAMA


Media nümayəndəsi Məmmədov Səxavət Maqsud oğlu qadağan olunmuş məlumatlar yazdığı üçün cərimələnib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, S. Məmmədov özünə məxsus fərdi sosial media hesabında ölkənin hərbi strukturlarının fəaliyyətinə dair yayımlanması qanunla qadağan edilən məlumatlar yerləşdirməsi faktına görə 18 dekabr 2021-ci il tarixdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Səxavət Məmmədov barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir.

DİGƏR XƏBƏRLƏR

Top