Azərbaycan Triatlon Federasiyasına yeni prezident seçildi


Azərbaycan Triatlon Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşən tədbirdə qurumun prezidenti vəzifəsinə seçkilər olub.
Elçin Əliyev federasiyanın yeni prezidenti seçilib. Əliyev bu vəzifədə Azər Məhərrəmovu əvəzləyib.
Yığıncaqda həmçinin, Rüfət Həsənov və Azər Əliyev İdarə Heyəti sədrinin müavinləri, Əli Bünyadov və Sabira Cahangirova isə İdarə Heyətinə üzv seçiliblər.
Qeyd edək ki, Elçin Əliyev Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkət sayılan SINAM LTD-nin banisi və hazırkı rəhbəridir. Şirkət bundan başqa "Kür" markalı kompüterlərin istehsalçısıdır.

DİGƏR XƏBƏRLƏR

Top