Aİ nümayəndəsi azərbaycanlı hərbçilərin geri qaytarılmasından yazdı


“Dünən Ermənistan tərəfindən iki azərbaycanlı hərbçinin təhvil verilməsini alqışlayıram”.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar rəsmi tvitter hesabında yazıb.
Onun sözlərinə görə, bu, mühüm humanitar jestdir.
Xatırladaq ki, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib. Müdafiə Nazirliyindən verilən məlumata görə, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dekabrın 20-də geri qaytarılması təmin olunub.

DİGƏR XƏBƏRLƏR

Top